“Feysbuk səhifəmi özüm idarə edirəm, şərhləri oxuyuram” — Nazir

SOSİAL 26 apr 2022, 23:20
“Hazırda əlavə hobbi ilə məşğul olmaq üçün boş vaxtım, demək olar, azdır. Boş vaxtlarımda idmanla məşğul oluram”.

Bunu təhsil naziri Emin Əmrullayev “ASAN Radio”da yayımlanan “QəbuldASAN” verilişində deyib.

O qeyd edib ki, üzgüçülük, qaçış və digər idman növləri ilə məşğul olur:

“Feysbukdakı səhifəmi özüm idarə edirəm. Şərhləri də oxuyuram, uzaq məsafədə olanda həmkarlarımdan dəstək alıram. Azərbaycan muğamlarını çox sevirəm. Ağaxan Abdullayev ən çox sevdiyim xanəndədir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top