ABŞ: "Ruslar sülh danışıqlarını uzadır, Ukrayna ordusunu tükəndirməyə çalışır"

GÜNDƏM 26 apr 2022, 22:13
"Rusiyanı məğlub etmək lazımdır ki, gələcəkdə başqa ölkələrə hücum etmək istəməsin. Rusiya Ukraynada təxribat müharibəsi yaratmağa çalışır, buna görə də ABŞ və onun müttəfiqləri uzunmüddətli məqsəd qoyublar. Bayden administrasiyası Rusiya Federasiyasının döyüş meydanında elə sarsıdıcı məğlubiyyətə uğramasını istəyir ki, o, artıq qonşu dövlətlərə yenidən hücum edə bilməz".

Demokrat.az
xəbər verir ki, bu barədə CNN ABŞ Milli Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən yazır:

"Ruslar sülh danışıqlarını uzadır, Ukrayna ordusunu tükəndirməyə çalışır. Bu, ABŞ-ı müharibə ilə bağlı strategiyasını dəyişməyə sövq edib. ABŞ-ın Ukraynadakı uzunmüddətli hədəfinin dəyişdirilməsi ilə bağlı tezisi bu yaxınlarda Kiyevdən qayıdan Pentaqonun rəhbəri Lloyd Ostin də təsdiqləyib. Ostin aprelin 25-də jurnalistlərə deyib: “Biz Rusiyanın o qədər zəiflədilməsini istəyirik ki, o, Ukraynanın işğalı ilə istədiklərini edə bilməz”.

Leyla
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top