"Ərdoğandan Baydenə: "Türkiyəyə meydan oxumağa çalışmasını bağışlaya bilmərik"

GÜNDƏM 25 apr 2022, 20:42
 "Cənab Bayden ermənilərlə tarixi çox yaxşı öyrənməli və bilməlidir. Bunu bilmədən Türkiyəyə meydan oxumağa çalışmasını bağışlaya bilmərik"

Demokrat.az  "TRT HABER"ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatına münasibət  bildirərkən deyib:

"Cənab Bayden ermənilərin  tarixini çox yaxşı öyrənməli və bilməlidir. Bunu bilmədən Türkiyəyə meydan oxumağa cəhd etməsini bağışlaya bilmərik. Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarının üzərində dayanmağa  dəyməz, çünki bunların hamısı yalan və dezinformasiyaya əsaslanır"- Ərdoğan əlavə edib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top