Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir.
Bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib. Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.
Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.
Qərarla bağlı terapevt Arzu Hüseynova ilə əlaqə saxladıq. Həkim-terapevt Demokrat.az-a açıqlamasında tibbi maskadan istifadənin üstünlüklərindən və hansı hallarda maskadan istifadənin lazımsız olduğundan söz açıb:
“Mən “COVİD-19” infeksiyasının yayıldığı ilk günlərdən maska taxılmasının tərəfdarı olmuşam. Amma əvvəldən qapalı və sıxlıq olmayan yerlərdə maska taxılmasının əleyhinə olmuşam. Ümumilikdə isə, pandemiya dövründə maska labüd idi. Düzdür, ondan düzgün şəkildə istifadə edənlər az idi. Çoxları səhər taxırdı, bir də axşam çıxarırdı və ya günlərlə eyni maskadan istifadə edirdi.
Artıq havalar istiləşib, mövsümi, allergik xəstəliklər çoxalıb. Müəyyən bitkilər də allergik xəstəliklərinin artımına səbəb olur. Maska allergiyası olan şəxslərə daha pis təsir edir. Bu baxımdan, maskanın ləğv olunması haqda verilmiş qərar çox yerində və düzgün addımdır. Amma yenə də insanların özlərindən asılıdır. Maskaların istifadəsi məcburi olmasa da, hər kəs sıxlıq olan yerlərdə, xəstəliyin simptomlarını hiss etdikləri insanların əhatəsində maska istifadə etsə, daha faydalı olar. Həm özləri üçün, həm də ətrafındakı insanlar üçün. Mən həmişə deyirdim ki, “COVİD-19” olmasaydı, insanlar əllərini yumalı deyildilər?! Biz əl yumağı, gigiyenik qaydaları, gərək olan yerdə maska istifadə etməyi artıq həyat tərzimizə çevirməliyik.
Həkimlər ultrasəs müayinə zamanı, xəstənin təzyiqini ölçdükləri zaman mütləq şəkildə tibbi maskadan istifadə etməlidirlər. Çünki, istər-istəməz yaxın təmasda oluruq. Bunun “COVİD-19”-la əlaqəsi yoxdur.
Biz şəxsi gigiyena qaydalarına riayət etməyə davam etməliyik. Əlləri vaxtı-vaxtında yuyulmalı, antiseptik məhlullardan istifadə edilməlidir.”
Gülçin Qorxmaz
Demokrat.az