Bir zənglə traktor sahibi oldu — FOTO

MARAQLI 21 apr 2022, 21:58
Türkiyədə baş verən qeyri-adi olay hər kəsi təəccübləndirib.

Demokrat.az xəbər verir ki, Türkiyənin Afyon bölgəsində polis 26 il öncə oğurlanmış traktoru tapıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, traktorun sahibi artıq həyatda deyil.

Bu zaman polislər mərhumun oğluna xəbər veriblər. Lakin məlum olub ki, oğlanın atasının traktorunun olmasından və oğurlanmasından heç xəbəri də yoxdur.

İndi traktor sahibinin oğlu minlərlə lirəlik bu traktora sahib olmağın sevincini yaşayır.



Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top