Artıq ödənilmiş dövlət rüsumunun qaytarılmasının yeni müddətləri müəyyənləşdi

GÜNDƏM 21 apr 2022, 18:17
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərdən sonra, bir sıra hüquqi aktlarda uyğunlaşdırma aparılıb.

Bu barədə Demokrat.az-a Nazirlər Kabinetindən məlumat verilib.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumu müəyyən edilmiş hissələrdə həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən orqanların və publik hüquqi şəxslərin xəzinə hesabına deyil, tam məbləğdə dövlət büdcəsinə köçürüləcəkdir.

Dərman vasitələrinin yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi ilə bağlı dövlət rüsumu müəyyən edilib.

Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun geri qaytarılma müddəti 45 gündən 20 günə endirilib.

Mülkiyyət hüquqlarının qeydiyyatı çərçivəsində vərəsəlik nəticəsində əldə edilmiş hüquqların qeydiyyatının da nəzərə alınması dəqiqləşdirilib.

Notariat hərəkətlərinə görə dövlət rüsumunun notarius tərəfindən dövlət büdcəsinə köçürülməsi müddəti 2 bank günündən 1 bank gününə endirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top