“İnsan qazandığı pulu ehtiyacı olanlara xərcləyə bilirsə, onun içində hüzur yaranır” — Hacı Surxay

GÜNDƏM 21 aprel 2022, 17:36
Ramazan bayramı İslamda ən böyük iki bayramdan biridir. Bu bayramın fəzilətlərindən biri də fitrədir. 

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli Demokrat.az-a açıqlamasında bildirib ki, fitrə zəkatı bir illik bədənin zəmanəti, sağlamlıqdır. 

“Fitrə zəkatı vacib amillərdən biridir. Hər hansı şəxs oruc tutan, tutmayan fərq etməz, fitrə zəkatını çıxarması çox vacibdir. Eyni şəkildə insan Ramazanın bayram günü, Ramazan axşamı, bayram axşamı olduğu zaman fitrə zəkatını çıxaracaq. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının yekdilliklə qərar qəbul edib, minimum həddi var-10-15 manat civarında. Ola bilər, bu gün bazarda 1 kq xurmanın qiyməti 25-30 manatdır. Üç kq xurmanı nəzərə alanda, gör nə qədər olur. Zəngin insanlar çox çıxarmalıdır. Fitrə zəkatı, çalışdığımız miqdarda bayramda gün ərzində, zöhr namazına-şam namazına qədər ehtiyacı olan insanlara verilməlidir. Birinci qonşumuzdan başlamalıyıq. Çalışmaq lazımdır ki, bayram günü axşama qədər bunu icra edək. Onların da süfrəsində Allahın verdiyi nemətlər olsun deyə..”

Hacı Surxay Məmmədli illik zəkat mövzusuna da toxunub:

“Hər bir insan zəkat çıxarmalıdır. Zəkat illik insanın qazancının vergisidir, hesabıdır. İnsan o vaxt rahat olur. İnsan qazandığı pulu Allah yolunda ehtiyacı olan insanlara xərcləyə bilirsə, insanın içində hüzur yaranır. Buğda, arpa, un məmulatları, xurma, heyvanatlar, dənli bitkilər- bunların miqdarına görə veriləcək məbləğ hesablanıb, illik vergi təyin olumalıdır. Bir insanın imkanı zəngindirsə, zəkat onun boynuna vacib əməl kimi gəlirsə, həmin insan yaxınlaşmalıdır etibar etdiyi və şəriəti dərindən bilən insana, onun illik zəkat haqqını hesablanmalıdır. Şəxs də bu haqqı ehtiyacı olan insanlara yardım şəklində ödəməlidir”.

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top