Cavanşir Feyziyevin şirkəti yenə cərimələndi

GÜNDƏM 21 apr 2022, 08:43
Deputat Cavanşir Feyziyevə məxsus (qeyri-rəsmi) “Avromed Company” şirkətinə daha bir cərimə protokolu yazılıb.

Demokrat.az xəbər verir ki, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Xatırlatma: Daha əvvəl “Avromed Company” barəsində İXM-nin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə 3 cərimə protokolu yazılıb.

Bu işlər Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin (1), Rauf Əhmədovun (1) və Azər Tağıyevin (2) icraatlarına verilib.

Qeyd: “Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.

Rza
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top