“Şuşadakı qurultay bütün dünyaya səs salacaq” — Musa Qasımlı

GÜNDƏM 20 apr 2022, 15:52
“Dünya azərbaycanlılarının builki qurultayı həm zaman, həm də keçirildiyi məkan baxımından fərqlidir və hər ikisi böyük əhəmiyyət daşıyır”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili, tarix elmləri doktoru Musa Qasımlı deyib.

Deputat Vətən müharibəsindən sonra belə bir qurultayın düzənlənməsini xüsusi vurğulayıb:

“İlk növbədə 44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbədən sonra belə bir qurultay ilk dəfə keçirilir. Xatırladım ki, Şuşa şəhəri işğaldan azad ediləndən sonra möhtərəm cənab prezidentimiz İlham Əliyev xalqa müraciətində belə cümlə işlətmişdi: “Gözünüz aydın, dünya azərbaycanlıları!”

Yəni, 44 günlük müharibədə qazandığımız qələbə, işğalçıların qovulması, Ermənistanın belinin qırılması bütün dünya azərbaycanlılarının qələbəsi idi. Bu qələbə, dünyada yaşayan azərbaycanlıların başını uca etdi.”

Müsahibimiz qurultayın təşkilinə tarixçi gözü ilə baxaraq, onun əhəmiyyətindən danışıb:

“Qurultayın böyük Zəfərdən sonra keçirilməsi tarixi əhəmiyyət daşıyır. İkincisi, qurultayın məkanının Şuşa seçilməsi rəmzi məna daşıyır. Şuşa bu gün millətimizin, bütün dünyaya səpələnmiş azərbaycanlıların mədəniyyət beşiyidir. Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtıdır. Belə bir şəhərdə qurultayın keçirilməsi bütün dünyaya səs salacaq”. 

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top