"Böyük Britaniya Ukraynaya silah və hərbi texnika tədarükünü davam etdirəcək"— Conson

GÜNDƏM 19 apr 2022, 22:35
Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynadakı vəziyyətin diplomatik yolla nizamlanmasına nail olmağı çətin hesab edir.

Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Boris Conson çərşənbə axşamı verdiyi açıqlamasında deyib.

"Qorxuram ki, hazırda məsələnin diplomatik və ya danışıqlar yolu ilə həlli mümkün deyil"

Böyük Britaniyanın baş naziri Londonun Ukraynaya silah və hərbi texnika tədarükünü davam etdirəcəyini vurğulayıb:

“Ukraynalıların köməyə, hətta daha çox artilleriyaya ehtiyacı var və biz bunu onlara verəcəyik".

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top