Ərdoğan və Quterreş arasında Ukrayna MÜZAKİRƏSİ

GÜNDƏM 17 apr 2022, 21:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT baş katibi Antoniu Quterreşlə telefonla danışıb.

Demokrat.az "TRT HABER"ə istinadən bildirir ki, bu  barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, onlar Ukrayna-Rusiya müharibəsini, Ukraynadakı vəziyyəti müzakirə ediblər,

Ərdoğan Quterreşə Ukrayna ilə bağlı İstanbul prosesinə hər kəsin dəstək verməsinin, eləcə də fikir ayrılıqlarının aradan qaldırılması səylərinin davam etdirilməsinin vacibliyini bildirib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top