Rusiya Kiyev bölgəsinə üç raket atdı — Yeni hücum təhlükəsi var

GÜNDƏM 15 apr 2022, 21:55
Rusiya ordusu bu gün Kiyev bölgəsinə 3 dəfə raket zərbələri endirib.

Demokrat.az "
Ukrinform"a istinadən  xəbər verir ki, bu barədə  Kiyev vilayətinin rəhbəri Oleksandr Pavlyuk Teleqramda məlumat verib . 

“Bir daha bildiririk ki, Kiyev vilayətində mülki əhali üçün təhlükə qalmaqdadır. Ərazinin bir hissəsi minalanmış vəziyyətdə qalır. Mülki infrastruktura düşmənin raket zərbələri endirilir.  Yalnız bu gün obyektlərə üç zərbə endirilib. Hər hansı bir obyektə təkrar  zərbələrin təkrarlanmasını istisna etmirik və buna hazır olmaq lazımdır. Kiyevə qayıdış daha sakit vaxtlarda mümkün ola bilər, - bəyanatda deyilir.

Leyla
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top