“Çox təəssüf ki, bugünədək Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılması ilə bağlı süni əngəllər törədir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Millət vəkili Ermənistanın bütün üçtərəfli görüşlərdə öz üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmədiyini vurğuladı:
“Təbii ki, bütün baş tutan üçtərəfli görüşlər və hər bir görüşün yekunlarına dair səsləndirilən bəyanatlar Azərbaycanın diplomatik qələbəsidir. Sonuncu Brüssel görüşü də bu uğurlar sırasındadır. Ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı 30 illik işğal siyasəti və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması onu bölgədə həyata keçirilən bütün layihələrdən kənarda qoydu. Bununla da, Ermənistan dalan bir ölkəyə çevrildi. Əlbəttə ki, bundan sonra Ermənistan Zəngəzur dəhlizinin açılmasıyla bağlı hər hansı maneələr törədəcəksə, o zaman Cənab Prezidentin də qeyd etdiyi kimi, biz də üzərimizə düşən hər hansısa öhdəliyin yerinə yetirməyə bilərik”.
C. Osmanov qeyd edib ki, Ermənistan bu əməlləri ilə faktiki olaraq 10 Noyabr Bəyannaməsinin şərtlərini pozur:
“Yəni, Ermənistan bütün beynəlxalq öhdəliklərin icrasını həyata keçirmir və bunu keçirmək niyyətində olmadığını da göstərir. Hesab edirəm ki, bununla da, həm Rusiyaya, həm də paralel olaraq Avropa İttifaqına qarşı çıxmış olur. Əlbəttə ki, Azərbaycan belə olan halda buna uyğun da addımlar atacaq. Ölkə prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan istəsə də, istəməsə də gec-tez Zəngəzur dəhlizi bir reallığa çevriləcək. Əlbəttə ki, bu, nə qədər tez olsa, o qədər də Ermənistan üçün yaxşı nəticələr ola bilər. Yəni, bununla Ermənistanın şansı var ki, regionda iqtisadi inteqrasiyalara qoşulsun. Əks təqdirdə Ermənistan da mövcud olan böhranlar daha da dərinləşəcək. Çünki Azərbaycan öz uğurlu siyasətini davam etdirərək Ermənistanı dalan ölkə kimi saxlayacaq”.
Aynurə
Demokrat.az