İsmayıllıda iki kişi qadın üstündə davaya çıxdı — Şok olay

HADİSƏ 11 aprel 2022, 14:36
İsmayıllı rayonunda 1990-cı il təvəllüdlü Təbriz şəxsi münasibətlər zəminində həmyerlisi Mehralıya (adlar şərti verilib – red.) xəsarət yetirib.

 Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2 avqust 2021-ci ildə baş verib.

Təbriz şəxsi münasibət zəminində Mehralı ilə mübahisə edib. Mübahisə zamanı Mehralını döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təbriz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailədirir, himayəsində üç azyaşlı övladı var: “Samirə və Mehralı tanışlarımdır. Samirə ilə bir müddət yaxın münasibətdə olmuşam. Bir-birimizlə mobil telefonda danışmışıq. Mehralını 2021-ci ilin iyun ayından tanıyıram. Samirə ilə 2021-ci ilin mayından sonra münasibətim və əlaqəm olmayıb. Eşitdiyimə görə Samirə Mehralı ilə münasibət saxlayıb və onunla danışıb”. Təqsirləndirilən şəxsin sözlərinə görə, Mehralı iyun ayında dəqiq tarixini xatırlamadığı gündə ona zəng edib və onu təhqir edib:

“Sonradan bildim ki, Mehralı mənim Samirə ilə münasibətimə görə qısqanıb. Bu səbəbdən də məni təhqir edib. Avqustun 2-də saat 12 radələrində Mehralı əvvəllər işlətdiyim, sonradan isə arvadım Rəfiqənin istifadəsində olan mobil nömrəyə bir neçə dəfə zəng etdi, arvadımdan məni soruşdu. Rəfiqə bu barədə mənə məlumat verdi. Həmin zaman qardaşım Valeh ilə birlikdə tikintidə ustaqlıq edirdik. Bu məsələyə aydınlıq gətirmək məqsədi ilə mehralıya zəng etdim. Mehralı telefonda yenə də məni təhqir etməyə və ünvanıma nalayiq sözlər deməyə başladı. Samirəyə zəng etdim, Mehralının yerini öyrəndim. Həmin gün saat 18 radələrində Mehralı ilə görüşmək üçün qardaşımın idarə etdiyi “Hyunday” markalı avtomaşınla onunla birlikdə İsmayıllı rayonunun kəndinə getdik. Qardaşım idarə etdiyi avtomobillə kənd ərazisində hərəkətdə olarkən Mehralının qarşı əks hərəkət zolağından idarə etdiyi “VAZ-2106” markalı avtomobillə öz yolu ilə gəldiyini gördüm. Artıq Mehralının idarə etdiyi maşının yanına çatdıqda qardaşıma maşını saxlamağı bildirdim. Qardaşım maşını yolun sağ kənarında saxladı. Maşından düşərək Mehralıya tərəf getdim. Bu zaman Mehralı sükan arxasından ünvanıma nalayiq ifadə işlətdi. Mehralının söyüşlərindən əsəbiləşdiyimdən sonuncunu ayaqlarından tutaraq maşından düşürdüm və yerə yıxdım. Mehralı yerdə olduğu zaman yumruqla 2-3 dəfə onun sifət və qol nahiyələrindən vurdum, ona xəsarət yetirdim. Qardaşım bizi aralaşdırdı”. Təbriz qeyd edib ki, bu zaman Samirə ora gəlib və nəyə görə dalaşdıqlarını soruşub:

“Samirəyə cavab vermədim və qardaşımın avtomobilinə əyləşdim, oradan getdik. Sonradan eşitdim ki, Mehralı hadisə barədə polis şöbəsinə ərizə ilə müraciət edib. Törətdiyim əməlindən peşmanam. Mehralı ilə barışıq əldə etməyə cəhd göstərmişəm. Bundan sonra da səy göstərəcəm”. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mehralının sözlərinə görə, Samirə onun tanışıdır: “Samirə ilə təxminən bir ildir ki, yaxın münasibətdəyəm. Samirə ilə yaxın münasibətdə olduğum üçün Təbriz adlı şəxs tez-tez mənə zəng etdi. Məni təhqirli sözlərlə Samirədən uzaq durmağımı, Samirənin onun tanışı olduğunu və bir-biri ilə münasibətinin olduğunu dedi. Avqustun 2-də, saat 12 radələrində idarə etdiyim avtomobillə Samirəni evə apararkən onun istifadəsində olan telefonunun “vatcap” proqramına mesaj gəldiyini eşitdim. Samirə səsli mesajı açdı. Həmin vaxt səsi göndərən şəxsin Təbriz olduğunu bildim. Təbriz Samirəyə göndərdiyi səsli mesajda onun ünvanına nalayiq ifadələr işlətdi. Belə olduqda Təbrizin əvvəllər mənə zəng etdiyi nömrəyə yığdım. Nəyə görə Samirənin mobil telefonuna zəng edib, onu təhqir etməsinin səbəbini öyrənmək istədim. Telefonu qadın götürdü. Həmin qadına “Təbriz lazımdır” deyə bildirdim. Həmin qadın Təbrizin işdə olduğunu dedi. Həmin qadına Təbrizin evə gələndə mənə zəng etməyini dedim və telefona adboy verdim”.

Mehralı qeyd edib ki, həmin gün saat 17 radələrində Samirəni aptekə aparan zaman Təbriz zəng edib: “Təbriz arvadına hansı səbəbdən zəng etdiyimi soruşdü. Həmin nömrənin onun istifadəsində olduğunu bildiyimi, zəng edən zaman arvadında olduğunu, bu səbəbdən də telefona adboy verdiyimi dedim. Həmin gün saat 18 radələrində Samirəni yaşadığı evinə düşürdüm. Geri qayıdan zaman Təbrizin qardaşı Valehin idarə etdiyi “Hyunday” markalı avtomobillə qarşıdan mənim istiqamətdə gəldiyini gördüm. Valeh qəflətən maşını mənim maşınımın qabağıan verərək saxladı. Mən də toqquşmamaq üçün maşının əyləcini basdım, hərəkəti saxladım. Həmin vaxt Təbriz avtomobilin qabaq sağ oturacağından, Əli isə sükan arxasından yerə düşdülər. Təbriz maşıma tərəf gəldi və maşının qabaq ön yəhərini yumruqla vurdu. Həmin hissə zədələndi. Sonra yan qapıları, həmçinin arxa kapotunu yumruqla vurdu. Sükan arxasında olduğum vaxt Təbriz yumruqla sağ göz nahiyəmdən bir dəfə vurdu. Əlimdən tutaraq məni avtomobildən çölə çıxartdı”. Zərərçəkmiş bildirib ki, bu zaman Valeh də yaxınlaşıb və onları ayırmağa çalışıb: “Təbriz imkan taparaq yenə də yumruqla sifət nahiyəmdən vurdu və mən yerə yıxıldım. Yerdə olduğum zaman Təbriz ağız nahiyəmdən vurdu və dişim sındı. Həmçinin yumruqla sol qulaq nahiyəmdən, sağ və sol qollarımdan da bir neçə dəfə vurdu. Qışqıraraq kömək çağırdım. Təxminən 2-3 dəqiqə sonra Samirə gəldi. Samirənin “Mehralını vurma” deyə qışqırdığını görən Təbriz məndən aralaşdı. Mən də ayağa qalxdım. Samirə Təbrizə yaxınlaşaraq ”utanmırsan nəyə görə Mehralını vurursan” deyə bildirdi. Mehralı heç nə demədən “Hyunday” markalı maşına qabaq sağ oturacağa əyləşdi, Valeh də sükan arxasında əyləşdi. Onlar oradan getdilər”. Bu cinayət işinə İsmayıllı rayon Məhkəməsində baxılıb. Təbrizin barəsində 8 Noyabr–Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top