Bakıdakı seçki məntəqəsi Fransa vətəndaşları üçün açıldı — FOTOLAR

XARİCİ SİYASƏT 10 apr 2022, 10:01
Bakıdakı seçki məntəqəsi paytaxtdakı Fransa vətəndaşları üçün açılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviter hesabında bildirib.

“Səsvermə açıqdır! Bakıda fransız məktəbi”, - səfir Bakı Fransız liseyindən fotolar paylaşalaraq yazıb.

Qeyd edək ki, bu gün Fransada prezident seçkilərinin birinci turu keçiriləcək. Saat 12:00-da (Bakı vaxtı ilə 14:00) seçici fəallığı ilə bağlı ilk məlumatın açıqlanacağı gözlənilir. “Exit-poll”un ilk proqnozları və nəticələri saat 20:00-dan sonra (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.

Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verməli olacaqlar.

Prezidentlik uğrunda siyasi yarışın ən gənc namizədinin 44 yaşı (Makron), ən qoca iştirakçısının 70 yaşı (Melenşon) var.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:46
Top