Cavanşir Feyziyev məhkəməyə verildi

HADİSƏ 08 apr 2022, 17:49
Reaksiya TV”nin rəhbəri Zaur Qəriboğlu deputat Cavanşir Feyziyevi məhkəməyə verib.

Demokrat.az xəbər verir ki, Z.Qəriboğlu millət vəkilinin onun barəsində böhtan xarakterli məlumat yaydığını iddia edib.

C.Feyziyev barəsində Yasamal Rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub. Zaur Qəriboğlu Feyziyevi Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edib.

Məhkəmə iddianı aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərib. İddiaya yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinq pulun London məhkəməsində müsadirə olunduğu haqda xəbər müzakirə olunmuşdu. Bundan sonra C.Feyziyev məsələ ilə bağlı şəxsi səhifəsində açıqlama verərək məlumatı yayan jurnalistlərdən bəzilərini təhqir etmişdi. Daha sonra isə paylaşımı silmişdi.(qafqazinfo.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top