İdman

Olimpiya çempionu ordu sıralarına qoşuldu — FOTO

Olimpiya çempionu ordu sıralarına qoşuldu — FOTO

İdman gimnastikası üzrə olimpiya çempionu Oleq Vernyaev Ukrayna Silahlı Qüvvələrinin tərkibində hərbi xidmətə yollanıb.

Demokrat.az “Unian” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı Donetsk sakini O.Vernyaev bununla bağlı fotosunu sosial şəbəkələrdə paylaşıb.

Olimpiya çempionu ordu sıralarına qoşuldu — FOTO

Ukraynada bir çox məşhur, xüsusən də idmançılar müharibə zamanı ölkələrinə dəstəklərini nümayiş etdirirlər. Belə ki, məşhur tennisçi Oleksandr Dolqopolov Ukrayna uğrunda döyüşlərə atılıb. Həmçinin, müğənni Maks Barskiks Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət edəcək.

Qeyd edək ki, Olimpiya çempionu bundan öncə Moskvanın "Lujniki" stadionunda konsert verən20 yaşlı rusiyalı gimnast İvan Kulyakı ələ salmışdı.

Zamiq Demokrat.az

D
demokrat.az