Allahşükür Paşazadə hər il bu qədər fitrə zəkatı verirmiş — MƏBLƏĞ

GÜNDƏM 04 apr 2022, 11:58
Ötən həftə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan bayramında veriləcək fitrə zəkatının məbləğini açıqlayıb. Qazılar Şurası belə qənaətə gəlib ki, adambaşına 10-15 manat fitrə zəkatı verilməlidir.

Ramazan ayında fitrə vermək əsas şərtlərdən biridir. Dini baxımdan fitrə canın sədəqəsi hesab olunur və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Lakin 10-15 manatlıq fitrə zəkatının aztəminatlı ailələr üçün çox olduğu bildirildi və bu mənada QMİ-nin açıqlaması birmənalı qarşılanmadı. Bəs QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə özü nə qədər fitrə zəkatı çıxarır? 

Bu barədə Modern.az-a açıqlama verən şeyxin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə İslam dininin şərtlərinə əməl etdiklərini bildirib. Ramazan ayında oruc tutduqlarını deyən deputat həm özünün, həm də QMİ sədrinin imkansız ailələrə yardım etdiklərini söyləyib:

“Ramazan ayında oruc tutacam. İmkanım çatan qədər fitrə zəkatı verirəm. Bu il də bir insanın doyumu qədər fitrə zəkatı çıxaracam. Orta hesabla 10-13 manat ola bilər. İmkanı olan şəxslər fitrə zəkatını çıxa bilər. İmkanı olmayanlar verməsələr də olar. Fitrəni qonşuda, qohumda yoxsul olan ailələrə vermək lazımdır. Mən də çalışıram ki, imkanım daxilində aztəminatlı qohumlar, qonşular üçün fitrə zəkatı ayırım. Yaxın ətrafım da hər zaman fitrə zəkatı verir. Şeyxülislam Allahşükür Paşazadə də hər il fitrə zəkatı verir. O, 10-15 manat arasında deyil, din adamlarının ayırdığı məbləğdə zəkat verir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top