Vladimir Putin İlham Əliyevi təbrik etdi

XARİCİ SİYASƏT 04 apr 2022, 10:50
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, təbrik mətni Kremlin rəsmi saytında dərc olunub.

“Son onilliklər ərzində yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün çox işlər görülüb. Konstruktiv siyasi dialoq genişlənir, ticarət-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq edilir”, - V.Putinin təbrik mesajında ​​bildirilib.

O vurğulayıb ki, keçən il və daha öncəki il bağlanmış üçtərəfli sazişlərə əsasən, rəsmi Bakı və Moskva Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə işləyir.

“Bu il mühüm nailiyyətlə - Rusiya və Azərbaycan arasında Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə əlamətdardır. Əminəm ki, ikitərəfli münasibətlərin yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması xalqlarımızın fundamental maraqlarına cavab verir”, - Rusiya Prezidenti vurğulayıb.

Vladimir Putin İlham Əliyevə möhkəm cansağlığı, uğurlar, bütün Azərbaycan vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzulayıb.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top