Deputat: “Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”

GÜNDƏM 02 apr 2022, 14:56
“Aprel döyüşləri Azərbaycanın şanlı hərbi qələbəsidir. Bu, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat qeyd edib ki, düz 6 il bundan öncə baş verən döyüşdə Azərbaycan ordusu “Ohanyan səddi”ni ələ keçirdi və bununla da erməni mifi tamamilə darmadağın olundu: 

“Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi və dördgünlük döyüşlərdə qazanılan qələbə xalqımızın orduya olan inamını daha da artırdı. Bununla yanaşı, Aprel döyüşləri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri bütün parametrlərinə görə Ermənistan ordusundan üstündür və işğal altında olan torpaqları azad etməyə qadirdir. Belə ki, Azərbaycan Ordusunun bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin ön və təmas xəttindən dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirmiş, onları qəti zərbələrlə sıradan çıxarmışdı”. 

“Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək. Belə də oldu, 44 günlük İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılarını darmadağın etdi və 30 illik işğala son qoyuldu, ölkəmizin ərazi bötüvlüyünü bərpa edildi. Bu gün biz çox xoşbəxt xalqıq ki, torpaqlarımızı işğaldan azad edə bilmişik və əvvəlkindən də güclü ordumuz var. Aprel döyüşlərində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm,”- deyə millət vəkili sonda qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top