Artıq qış fəslini geridə qoyduq. Bu isə o deməkdir ki, qarderobdakı qalın geyimləri artıq yaz geyimləri ilə əvəz etməyin vaxtıdır. Bəs görəsən paltarlarımızın növbəti fəsil üçün yararlı qalmas, kif qoxusunun gəlməməsi üçün nə etməliyik?
Qış geyimlərinin ilkin görünüşünü itirməməsi, kif qoxusu və güvə artımının qarşını almaq üçün düzgün qulluq qaydalarını bilmək vacibdir. İlkin olaraq kürk, gödəkçə və yun əşyaları sərin və havalandırması yaxşı olan məkanda saxlamaq lazımdır. Geyimləri pambıq parçadan və ya tənzifdən hazırlanan kisələrdə saxlamaq məsləhətdir. Çünki polietilen və başqa analoji materiallar hava keçirmədiyi üçün əşyalarda kif qoxusu yarana bilər. Eyni zamanda geyimlərin saxlanıldığı otağın temperaturu 21 dərəcədən aşağı olmamalıdır.
Əmtəəşünas Vüsalə Mustafayeva Demokrat.az–a müsahibəsində bildirdi ki, qış geyimləri, əsasən, sintetik qarışığı olsa da daha çox yun lifindən istehsal olunan materiallardan hazırlanır. Məsələn, qış üçün üst geyimləri paltolar gödəkçələr bu kimi geyimlər yun materialdan hazırlandığı üçün həmin yun lifinin də tərkibi zülallardan ibarət olduğuna görə, yüksək temperaturlu şəraitdə bu geyimlərdə olan mikroorqanizmlər qidalanmaq üçün özlərinə yer edə bilirlər. Bu zaman prçada yeyilmələr baş verir, yırtılma kimi nöqsanlarla rastlaşırıq. Bunların qarşısını almaq üçün onları iki vasitə ilə qorumaq lazımdır:

1.Kimyəvi vasitələrlə (dərman preparatları ilə)
2.Təbii vasitələrlə
Bir çox insan güvə artımı yaranmasın deyə, naftalindən istifadə edir. Lakin bu vasitə insan orqanizmi üçün zərərli olduğundan təbii üsullara üstünlük vermək lazımdır.
“Təbii vasitələrdən istifadə daha əlverişlidir. Təbii vasitə kimi isə daha çox ətirli, spesifik qoxu verən bitkilərin yarpaqlarından istifadə məsləhətdir. Bu bitkilərə dəfnə yarpağını, yovşan bitkisini, həmçinin tütün bitkisinin yarpaqlarını misal göstərmək olar.” deyə əmtəəşünas əlavə etdi.
Onu da vurğuladı ki, dəri gödəkcələri bir qədər fərqli üsulla saxlamaq lazımdır. Belə ki, əvvəlcə əşyaları nəm penorezin süngər ilə silmək, daha sonra isə hamarlayaraq qırışlarını düzəltmək məsləhətdir. Əgər dəri geyimlər rütubətli yerdə saxlanarsa, qısa zamanda kiflənə bilər. Eyni zamanda ayaqqabıları da açıq şəraitdə deyil qutuda saxlamaq tövsiyə olunur. Xəz geyimlər həşərat hücumuna daha çox məruz qaldığından, onların saxlanma şəraitinə xüsusi diqqət yetirməliyik.

Əmtəəşünas qeyd etdi ki, ayaqqabı qutularının içərisində müəyyən kiçik torbalarda kimyəvi preparatlara rast gəlirik. O perparatların iyini naftalin kimi hiss etməsək də, onların da özünəməxsus spesifik qoxusu var və həmin qutuya ayaqqabını mikroorqanizmlərdən qorumaq üçün qoyulur. Növbəti fəsildə geyimləri istifadə etməzdən öncə mütləq onları açıq havada ən azı bir gün saxlamaq lazımdır ki, üzərinə hopan qoxu təmizlənsin. Bu qaydaları əməl olunması geyimlərin uzun ömürlülüyü üçün vacibdir.
Gülçin Qorxmaz
Demokrat.az