Lerikdə yenidən torpaq sürüşməsi oldu

GÜNDƏM 01 apr 2022, 23:16

Lerikdə torpaq sürüşməsi yenidən aktivləşib.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, rayonun Ordahal və Veri-Əliabad kəndlərində torpaq sürüşmələri baş verib. Nəticədə Veri-Əliabad kəndində 6, Ordahalda isə 4 ev üçün təhlükə yaranıb. Veri-Əliabad kəndi ərazisində əvvəllər də bir neçə dəfə torpaq sürüşmələri baş versə də, Ordahaldakı sürüşmə yeni aktiv ərazi hesab olunur.

Hadisə ilə bağlı rayonun fövqəladə hallar üzrə komissiyaya məlumatlandırılıb.

Sabah Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssailəri əraziyə baxış keçirəcəklər.

Qeyd edək ki, torpaq sürüşmələrinə son zamanlar yağıntı miqdarının normadan çoxluğu səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top