Rusiya Mariupoldan Zaporojyeyə humanitar dəhliz açdı

REGİON 01 apr 2022, 12:11
Rusiya Silahlı Qüvvələri Mariupoldan Zaporojye vilayətinə mülki əhalinin və xarici vətəndaşların təxliyəsi üçün əlavə humanitar dəhliz açıb. Bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının komanda məntəqəsinin rəisi Mixail Mizintsev bildirib.

Mizintsevin sözlərinə görə, Ukrayna bu gün üçün Zaporojye istiqamətində daha dörd dəhliz elan edib.

"Hər gün səhər saat 10-dan etibarən Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupol istiqamətlərində humanitar dəhlizlərin açılması davam edir: biri Rusiyaya, biri isə Kiyev hakimiyyətinin nəzarətində olan ərazilərdən keçərək Ukraynanın qərb sərhədlərinə doğru yol alır", - Mizintsev deyib.

O əlavə edib ki, artıq Mariupoldan 115 minə yaxın insan xilas edilib. 

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top