Flora Kərimova zəhərlənməsindən DANIŞDI (ÖZƏL)

GÜNDƏM 31 mar 2022, 13:14
Xəbər verdiyimiz kimi, Flora Kərimova zəhərlənib. Bu barədə Xalq artistinin köməkçisi məlumat verib.

Onun sözlərinə görə, Flora Kərimova dünən balıq yeyib və ondan sonra gün ərzində halı pisləşib: “Hazırda Flora Kərimova yataqdadır və müalicə alır. Vəziyyəti yaxşı deyil”.

Məsələ ilə bağlı Demokrat.az Xalq artisiti Flora Kərimova ilə əlaqə saxlayıb. O, açıqlamasında vəziyyətinin normal olduğunu və hazırda evdə olduğunu vurğulayıb: “Hazırda yaxşıyam. Səhhətimdə ciddi problem yoxdur. Hər kəs səhhətimlə bağlı narahatdır. Heç kim narahat olmasın. Şükür Allaha özümü normal hiss edirəm. Belə olanda həmişə zarafat edirəm. Deyirəm ki, birinci ölsəm siz eşidəcəksiniz. Həyatdı da. Bir gün də mənim sorağımı eşidəcəksiniz”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top