Qubada qayınana gəlinini dəmir parçası ilə döydü — Təfərrüat

GÜNDƏM 29 mar 2022, 11:42
Quba rayonunda 1962-ci il təvəllüdlü Nahidə şəxsi münasibətlər zəminində gəlini Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il dekabrın 22-də baş verib.

Qubanın Gədikqışlaq kəndində Nahidə birgə yaşadıqları evdə ailə-məişət zəminində yaranmış mübahisə zamanı gəlini Baharın əli ilə sifət nahiyəsinə və dəmir parçası ilə sağ qoluna vurub. 

İstintaq orqanı tərəfindən Nahidənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nahidə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bahar onun gəlinidir və hazırda birgə yeni tikilmiş evdə yaşayırlar: “Gəlinim Baharın səliqə-səhmanı olmaması səbəbindən aramızda arabir mübahisə yaranır. Dekabrın 22-də, saat 13 radələrində evdə olarkən gəlinim ilə aramızda yenidən mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək Baharın sifət nahiyəsinə şillə vurdum. Sonra odun sobasının yanında olan dəmir maşanı götürdüm və onun sağ qoluna, bədəninin digər nahiyələrinə vurdum”. 

Nahidə ifadəsinin sonunda örətdiyi əməldən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdığını bildirib. 

Bu cinayət işinə Quba rayon Məhkəməsində baxılıb. 

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb. 

Bu səbəbdən Nahidənin barəsində olan cinayət təqibinə xitam verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top