Baş terrorçu Xocalı ərazisinə gəldi

QARABAĞ 27 mar 2022, 17:05
Qarabağdakı erməni terrorçularının başçısı Arayik Arutyunyan keçmiş Əsgəran rayonu ərazisində olub.

Musavat.com bu haqda erməni mediasına istinadən xəbər verir. Terrorçu Araik Azərbaycan Silahlı Qüvvələrinin hərəkətliliyindən təşvişə düşən erməni quldurlarını sakitləşdirmək üçün bu əraziyə gəlib. Məlum olur ki, Arutyunyan Xocalı rayonunun Pirlər və Xanabad kəndlərində olhb.

O, əmin edib ki, vəziyyətin sabitləşməsi üçün bütün tədbirlər görülür, sülhməramlılar azərbaycanlıların ilkin mövqelərinə qaytarılması üçün çalışırlar.

Ermənilər iddia ediblər ki, martın 24-də Azərbaycan Silahlı Qüvvələri “təmas xəttini keçərək” Fərrix qəsəbəsini və “artsax”ın (?!) bir neçə mövqelərini işğal edib. “Hərəkət sülhməramlılar tərəfindən dayandırılıb. Daha sonra Azərbaycan tərəfi hücum PUA-larından istifadə etməklə AO-nun mövqelərini atəşə tutub. Üç erməni əsgəri həlak olub, daha 15-i yaralanıb”, erməni mənbələri bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top