Səməd Vurğunun nəticəsi, tanınmış pianoçu Vurğun Vəkilovla ÖZƏL MÜSAHİBƏ

SOSİAL 22 mart 2022, 22:06
Dünən ilk xalq şairi, Azərbaycan ədəbiyyatın əvəzsiz nümayəndəsi Səməd Vurğunun doğum günü idi.

Bu münasibətlə Demokrat.az Səməd Vurğunun nəticəsi, tanınmış pianoçu Vurğun Vəkilovla həmsöhbət olub. Vurğun Vəkilovun adı  2009-cu ildə prezidentin sərəncamına əsasən Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”-na yazılmış, xüsusi təqaüdə layiq görülmüşdür. Klassik musiqini dünya ölkələrində təbliğ edən musiqiçi Vurğun Vəkilov Xalq şairi Səməd Vurğunun nəticəsidir. Fransanın nüfuzlu musiqi akademiyasında təhsil alan müsahibimiz söhbətə ailəsindən danışmaqla başladı.



Səməd Vurğunun 3 övladı olub, Vaqif və Yusif Səmədoğlu, Aybəniz Vəkilova. Aybəniz xanım mənim nənəm olub, onun qızı Aygün xanım mənim anam. Aygün adı da təbii ki, təsadüfi deyil. Səməd Vurğun “Aygün” poemasını yazıb, mənim anam anadan olanda. Hətta Səməd Vurğun son günlərində yataqda yatanda, uzananda son əlinə aldığı kitab “Aygün” peoması olmuşdu, ona görə də anama bu adı veriblər.”



Müsahibimiz musiqi sahəsinə təsadüfən gəlmədiyini, 5 yaşından pianoda ifa etməyə başladığını deyir.

Səməd Vurğunun ailəsində elə Səməd Vurğunun özü ilk dəfə musiqi ilə qovuşdu, o skripka, tar və pianoda ifa edə bilirdi. Musiqiyə də böyük bir meyli var idi. Bu səbəblə o öz övladlarını Yusif və Vaqif Səmədoğlunu, nənəm Aybəniz Vəkilovanı Bülbül adına məktəbə qoymuşdu, hamısı musiqi təhsilini bitirmişdi. Bu mümkünsüz idi ki, belə bir ailədə incəsənətə bağlı olmayım. Artıq uşağlıqdan, anadan olandan mənim anam xalq mahnıları, Azərbaycanın estrada musiqiləri, klassik musiqiləri dinlətdirirdi. Demək olar ki, mən musiqi içində böyümüşəm, musiqi bütün uşaqlığımı qucaqlayıb. Uşağlıqdan 5 yaşımdan artıq mən fortepiano ilə məşğul idim. Bülbül adına orta ixtisas məktəbinə daxil oldum. 11 il mən Bülbül adına orta ixtisas məktəbində təhsil aldım. Ondan sonra Bakı Musiqi Akademiyasına daxil oldum. 5-ci sinifdən başlayaraq müsabiqələrə qatılmağa başladım. 02-46. Bakı Musiqi Akademiyasındakı professorum Oqtay Abasquliyev mənə Fransaya müsabiqəyə yolladı. Orada laureat adını qazandım. Əlavə olaraq 1 il Fransanın nüfuzlu musiqi məktəbində 1 il pulsuz oxumaq şansını qazandım. Artıq o 1 illik burs sistemini orda artırmaq olurdu, 4 il oxudum orada.”


Vurğun Vəkilov babasını görməsə də ailəsinin dilindən eşitdiyi xatirələrlə onu sevib, onunla böyüyüb.

Təbii ki, Səməd Vurğun haqda məlumatlarım çoxdur. Uşağlıqda demək olar ki,mən də şeirlər yazırdım, onu ilk dəfə nənəm oxuyanda o qədər də yaxşı olmadığına görə dedi ki, sən poeziyada axsayırsan, ondansa get musiqi ilə məşğul ol. Ondan sonra poeziya ilə əlaqəm olmadı. Mənim ulu nənəm Səməd Vurğunun həyat yoldaşı Xavər xanım artıq o 2006-c ildə vəfat etmişdir, mənim 8 yaşım var idi. Biz avtomobillə harasa gedəndə Səməd Vurğunun Axundov kitabxanasının qarşısından keçəndə onu salamlayırdı, deyirdi ki, salam Səməd. O təbii ki, Səməd Vurğunu çox sevirdi, təsadüfi deyil ki, Səməd Vurğun ona “100 il də Vurğuna Xavər yar olsun” demişdi. Mənim nənəm Aybəniz xanım, anam və Xavər xanım şəhərdə gəzəndə mənə danışardı ki, camaat onları tanıyırdı, əllə göstərirdi ki, Səməd Vurğunun qızıdır, ya da nəvəsidir.”
Vurğun Vəkilov bundan sonra da sənət fəaliyyətini daha geniş şəkildə davam etdirəcəyini, festival və müsabiqələrə qatılacağını bildirdi.

Gülçin Qorxmaz
Demokrat.az




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyun 2025, 08:52
10 iyun 2025, 08:26
Top