Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, klassiki, şair, nasir, dramaturq, həzin və lirik qəzəllərin və mahnıların müəllifi, 18 il Azərbaycan Parlamentinə sədrlik etmiş, xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, ictimai xadim Süleyman Rüstəmin doğum günüdür.
Qeyri Hökumət Təşkilatları üzrə ekspert Emil Seyidəliyevin Demokrat.az-a verdiyi müsahibədə bildirmişdir ki, xalq şairi Süleyman Rüstəmin doğum günü ilə əlaqədar mart ayının 12-si Birinci Fəxri Xiyabanda “Könüllülər” Kitabxana İctimai Birliyinin təşkilatçlığı ilə tədbir keçirilmişdir.
Tədbirdə şairin oğlu, filologiya üzrə fəlsəfə doktoru Azad Rüstəmzadə, gəlini tibb üzrə fəlsəfə doktoru Əzizə Rüstəmzadə, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, “Könüllülər” Kitabxana İctimai Birliyinin sədri Niyaz Eyvazov, QHT-lər üzrə ekspert Emil Seyidəliyev və başqaları iştirak etmişdir.
Tədbirdə çıxış edən Qafar Əsgərzadə və Emil Seyidəliyev şairin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat vermişlər.
Sonda çıxış edən şairin oğlu Azad Rüstəmzadə göstərilən diqqət və qayğıya görə tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirmişdir.
Bunu da qeyd etmək yerinə düşərdi ki, əgər Süleyman Rüstəm yaradıcılığından söhbət gedirsə onun “Oğluma nəsihət” (“Duz-çörək”) şeiri yetişməkdə olan gənc nəsil üçün bir ömür mənəviyyat, ədəb-ərkan və həyat fəlsəfəsidir. İllər bundan sonra da Süleyman Rüstəm yaradıcıllığı öz fəlsəfəsini və aktuallığını itirməyəcəkdir. Onun yaradıcılığı tədqiqatçılar tərəfindən zaman-zaman araşdırılaraq yeni-yeni poetik düşüncələr əldə ediləcəkdir.

Arzu
Demokrat.az