Prezident bu rayonlara yeni icra başçıları təyin etdi

DAXİLİ SİYASƏT 18 fevral 2022, 11:01
Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Demokrat.az
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, C.Cəbrayılov bu təyinata qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı.

X X X

Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Demokrat.az
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Elxan İbrahimov daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb.


Elxan İbrahimov

X X X

Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Elgün Həbibullayev hazırkı BŞİH rəhbəri Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub. O, 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçısının köməkçisi, sonra isə müavini təyin edilib.

E.Həbibullayev 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə yeni Aparat rəhbəri təyin edilib.

Elgin Həbibullayev: BŞİH xidmət sahələri elektronlaşacaq

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top