Bu rayonun polis rəisi vəzifəsindən azad olundu — ƏMR

GÜNDƏM 05 fevral 2022, 09:09
Naxçıvan MR Daxili İşlər orqanlarında kadr dəyişikliyi baş tutub.

Demokrat.az xəbər verir ki, Naxçıvan MR Daxili İşlər naziri vəzifəsini icra edən, polis polkovniki Rəşad İsmayılovun müvafiq əmri ilə Naxçıvan MR Culfa Rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şərif Hüseynəliyev tutduğu vəzifəsindən azad olunub. Şərif Hüseynəliyevin səlahiyyətləri hazırda polis şöbəsinin rəis müavini, polis mayoru Elməddin Zeynalova həvalə olunub. 

Qeyd edək ki, vəzifəsindən azad olunan Şərif Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının keçmiş Daxili İşlər naziri, polis general-leytenantı Fazil Ələkbərovun yaxın adamı hesab olunurdu.(manset.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top