Ağdamda narkotikin təsiri ilə maşın sürən şəxs saxlanıldı

KRİMİNAL 28 yan 2022, 21:45
Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Cahid İsmayılovun idarə etdiyi “Mersedes” markalı avtomobil qayda pozuntusuna yol verdiyinə görə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi məlum olub.

C.İsmayılov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top