Avropa Azərbaycandan qaz tədarükünü artırmağı istəyə bilər

SƏNAYE VƏ ENERGETİKA 28 yan 2022, 20:42
Avropa İttifaqı (Aİ) Azərbaycanla Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə qaz tədarükünün artırılması məsələsini müzakirə etmək niyyətindədir.

Demokrat.az
xəbər verir ki, bu barədə “Financial Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
 
Məlumata görə, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson gələn həftə Bakıya səfər edəcək. Onun Azərbaycanın energetika naziri Pərviz Şahbazov, həmçinin, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcəyi qeyd olunur.
 
Xatırladaq ki, TAP-ın hazırkı gücü ildə 10 milyard kub metr təşkil edir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top