Putin Türkiyəyə gedir

DÜNYA 27 yan 2022, 14:34
“Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfərlə bağlı dəvətini qəbul edib”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Epidemioloji vəziyyət və liderlərin iş qrafiki imkan verən kimi, Putin Türkiyəyə səfər edəcək”, - o bildirib.

Qeyd edək ki, R.T.Ərdoğan bir neçə gün əvvəl V.Putini Türkiyəyə səfərə dəvət edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top