Nadir Adilov: “Üç mediatorun fəaliyyəti dayandırılıb, 8 mediatora töhmət verilib"

GÜNDƏM 25 yan 2022, 18:10
“Mediasiya Şurası fəaliyyətə başladığı ilk gündən öz işini şəffaflıq prinsibləri üzərində qurmuş və bu ənənə bu gündə davam etdirilir. Şura üzv olan mediatorların və mediasiya təşkilatlarının fəaliyyətini dəstəkləməklə yanaşı üzərlərinə düşən vəzifələrin icrasını xüsusi komissiya üzvləri vasitəsi ilə davamlı olaraq monitorinq edir”.

Bu barədə Pravda.az-a Mediasiya Şurasının İdarə Heyətinin Sədri Nadir Adilov məlumat verib.

N.Adilov qeyd bildirib ki, bu monitorinqlər nəticəsində və şuraya daxil olan şikayətlər əsasında Mediasiya Şurasının İdarə Heyəti tərəfindən başlanılan 23 intizam icraatının araşdırılması İntizam komissiyasına həvalə edilib: ““Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan vəzifələrin kobudcasına pozulması, habelə mediatorun etik davranış qaydalarının pozulması halları aşkar edildiyindən, bu günə kimi İntizam Komissiyasının müvafiq rəyləri əsaslı olduğu təsdiq edildiyindən 3 mediatorun 6 ay müddətində mediator kimi fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması, 8 mediatorun üzərinə töhmət intizam məsuliyyəti tətbiq edilməsi, 7 mediatorun hərəkətlərində intizam pozuntusu aşkar edilmədiyindən barələrində başlanılan intizam icraatlarına xitam verilməsi qərara alınmışdır. Hazırda daha 6 mediator barəsində intizam araşdırılması davam etdirilməkdədir. Qanunvericiliyin və mediasiya sahəsində qəbul edilən digər normativ hüquqi aktların tələblərinə ciddi əməl olunması və vətəndaş məmnunluğunun təmin eilməsi məqsədi ilə, Mediasiya Şurası bundan sonra da bu istiqamətdə qətiyyətli addımlar həyata keçirəcək”.

Qeyd: Vətəndaşlar mediator və mediasiya təşkilatları barədə təklif və şikayətləri [email protected] elektron poçt adresinə göndərə bilərlər.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top