Ağdama səfər üçün bilet satışı davam edir

QARABAĞ 23 yan 2022, 14:30
Bakıdan Ağdama getmək istəyənlər səfər arzusunu sabah reallaşdıra bilərlər. Belə ki, yanvarın 24-də baş tutacaq səfər üçün hazırda satışda biletlər var.

Demokrat.az
xəbər verir ki, 18 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı işğaldan azad edilən ərazilər üzrə təyin olunmuş istiqamətlərə bilet alaraq səfər edə bilər.

Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9,40 manat təşkil edir.

Qeyd edək ki, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşrutları təşkil olunacaq. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10,40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9,40 manat təşkil edir.

Həmçinin, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top