Baş infeksionistdən xəbərdarlıq: Yoluxma kəskin artmaqda davam edərsə... — VİDEO

SOSİAL 20 yan 2022, 08:43
Son vaxtlar ölkə ərazisində koronavirusa yoluxanların sayında artım var. Dünən 1151 nəfər virusa yoluxub, 9 nəfər vəfat edib. Baş infeksionist Təyyar Eyvazov bunun  səbəblərini açıqlayıb. "Yoluxma belə dinamika ilə davam edərsə  bununla bağlı müvafiq addımlar atıla bilər "baş infeksionist  belə  qeyd edib.

Son günlər ölkəmizdə koronavirusa yoluxma sayında kəskin   artım müşahidə olunur.Ötən gün ölkəmizdə 930 nəfər koronavirusa yoluxub, 12 nəfər vəfat edib. Bu gün isə 1151 nəfər virusa yoluxub , 9 nəfər vəfat edib.

Baş infeksionist Təyyar Eyvazov bildirir ki, bunun əsas səbəb artıq Avropanın bir hissəsində yayılan və hazırda ölkəmizdə olan "Omicron" ştammının mövcudluğudur.

Baş infeksonist COVID-19-a yoluxma sayının artmasının  kütləvi immunitet yaratması ilə bağlı  məsələyə  aydınlıq gətirib. Bildirib ki, xəstəliyə yoluxub sağalanlarda təbii immunitet formalaşır.

Koronavirusa yoluxma belə dinamika ilə davam edərsə  bununla bağlı müvafiq addımlar atıla bilər - deyə Təyyar Eyvazov əlavə edib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top