Mahir Xəttab istintaq təcridxanasında aclıq aksiyasına başladı

HADİSƏ 19 yan 2022, 15:09
Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərov (Xəttab) saxlanıldığı Bakı istintaq təcridxanasında aclıq aksiyasına başlayıb. 

Demokrat.az xəbər verir ki, bu barədə onun qohumları məlum verib. 

Bildiriblər ki, Mahir Ələkbərov aclıq aksiyasına bu gün başlayıb: “Mahir barəsində çıxarılan hökmün obyektiv, ədalətli olmadığına etiraz edir. Mahir işinə ədalətli baxılmasını, işinə obyektiv baxılmasını istəyir”.

Qeyd edilib ki, Mahir Ələkbərov özünü günahkar hesab etmir. Deyir ki, barəsində heç bir cinayət olmadığı halda, sifarişlə ağır cəza təyin olunub.  

Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin hakimi Azər Tağıyev Mahir Ələkbərovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 

Prokuror isə ona 4 il cəza istəmişdi. 

Rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top