Koronavirusa yoluxanların sayı artdı, 12 nəfər öldü

SOSİAL 18 yan 2022, 18:33

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 930 yeni yoluxma faktı qeydə alınıb, 703 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 627 015 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 609 480 nəfər müalicə olunaraq sağalıb, 8 541 nəfər vəfat edib, aktiv xəstə sayı 8994 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 566, ötən müddət ərzində isə ümumilikdə 6 019 327 test aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top