Zaqatalada 61 yaşlı kişi velosipeddən yıxılaraq öldü

HADİSƏ 16 yan 2022, 23:59

Zaqatalada velosipeddən yıxılan 61 yaşlı kişi aldığı ağır xəsarətlərdən ölüb.

Bu gün günorta saatlarında Yeni Suvagil kənd sakini 1961-ci il təvəllüdlü Mahmud Məmməd oğlu Pirimov bədənin qarın və döş nahiyələrinin küt travması xəsarəti ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı M. Pirimovun bu gün səhər saatlarında velosipedlə işə gedən zaman yıxılaraq ağır xəsarət aldığı məlum olub. Təcili olaraq üzərində cərrahiyyə əməliyyat aparılan M. Pirimov həkimlərin səyinə baxmayaraq əməliyyat zamanı keçinib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır./apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top