"Bu görüş göstərdi ki, prezident hər zaman ziyalıların yanındadır"

GÜNDƏM 03 mar 2019, 20:41

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir nart tarixində bir qrup incəsənət və mədəniyyət xadimləri ilə görüşdülər. Məndə bir ziyalı olaraq, iştirakçıların da söylədiyi kimi, tarixi görüşə qısa şəkildə olsa da öz subyektiv fikrimi bildirmək istərdim. Görüşü iki dəfə seyr etdiyimdən bəzi yaddaqalan və diqqətimi çəkən məqamlara xüsusilə toxunmaq istərdim.


Birinci məqam kimi söhbətdə tam səmimiyyətin ortada olmasını hesab etmək olar.


İkinci məqam qaldırılan məsələlərin hər birinin prezident tərəfindən qeyd edilməsi və sonda ona reaksiya verilməsi oldu. Hər halda elə məqamlar var idi ki, prezident onun üstündən hiss edilmədən keçə də bilərdi, amma keçmədi. Konkret fikrini bildirdi.


Üçüncü məqam isə, görüşdə qaldırılan məsələlərin müsbət yönümdə həlliylə bağlı prezidentin fikir bildirməsi oldu. Məsələlərin operativ həllinə isə söz ola bilməzdi.


Bu görüş göstərdi ki, prezident hər zaman ziyalıların yanındadır. Ziyalılarımızda çıxışlarında ənənəyə sadiq qalaraq öz sözlərini hər zaman olduğu kimi dedilər. Əsl ziyalı hər zaman məhz xalqını narahat edən məsələni qabartması ilə seçilməlidir. Necə ki, Anar, Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli və Afaq Bəşirqızı çıxışlarında ciddi məqamlara toxundular.


Görüş bir də onu göstərdi ki, digər ölkələrdə sınaqdan çıxmış bir strukturun, yəni “Məşvərət palata”sının yaradılmasına ehtiyac yaranıb. Qeyd edim ki, belə bir qurum Rusiyada və bir sıra Avropa ölkələrində daha aktiv fəaliyyətlə məşğuldur. Məhz bu görüşdə iştirak edən və çalışdığı sahənin problemini qabartmağa ürək edən ziyalıların iştirakıyla belə bir qurum ölkəmizdə də yaradıla bilər. Bununla bağlı Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllimdə dolayısıyla məhz bu məqama toxundu və Birinici Vitse-Prezidentin yanında Məşvərət şurasnın yaradılmasını təklif etdi. Bizə elə gəlir ki, bu gün belə bir qurum yaradılsa, yerlərdə qaldırılan məsələlərin yuxarı səviyyəyə çatdırılması və həlli də sürətlənər.


Bütün hallarda alqışalayiq bir görüş oldu.


Sonda onuda qeyd edim ki, daha çox bələdiyyə sahəsiylə bağlı olduğumdan belə bir məzmunlu görüşün  bu ilin sonuna yaxın, bələdiyyənin 20 illiyi ərəfəsində, fəal bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla keçirilməsi diqqətiçəkən addım olardı.


Biz isə bütün işlərdə ölkə başçısının yanında olduğumuzu bir daha bildirir və görüləcək bütün işlərdə ölkə başçısına uğurlar arzulayırıq.

 


Vüqar Tofiqli

"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai biriyin sədri 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top