Azərbaycanlılar və çeçenlər Berlində birgə Qarabağ aksiyası keçirdilər — FOTOLAR

GÜNDƏM 25 fev 2019, 18:09

Almaniyada paytaxt Berlinin məhşur “Brandenburq qapıları” yanında azərbaycanlılar çeçenlər və anadolu türkləri ilə birgə Qarabağ aksiyası keçiriblər. 


Demokrat.az-ın Berlinə ezam olunan əməkdaşı xəbər verir ki, aksiya Almaniya azərbaycanlılarının Koordinasiya Şurası və Berlin Azərbaycan Evinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Onlara Azərbaycan Evinin tərəfdaşları Almaniya Çeçenləri İcması və Alman-Qafqaz İcması da dəstək verib. 


Berlin və ətraf şəhərlərdən gələnlərlə birlikdə təqribən 150-dən çox şəxsin iştirak etdiyi mitinqdə təşkilatçılardan Koordniyasiya Şurasından Yaşar Musayev, Berlin Azərbaycan Evindən Fuad Tağıyev, Rövşən Grossman, Zaur Ağakazımoğlu, Qurban Ələkbərov, Tofiq Qarayev, çeçen liderlərdən Rəhman Duşuyev və digərləri çıxış edərək Ermənistan tərəfindən Azərbaycandan işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayon, o cümlədən Xocalı soyqırımı barədə məlumat veriblər. 


Çıxış edən anadolu türkləri və çeçenlər Xocalı soyqırımını yaxın tarixdə Qafqazda törədilən ən amansız soyqırımı adlandıraraq bunu törədənlərin məsuliyyətə cəlb edilməsini tələb ediblər. 


Mitinq iştirakçıları Xocalı soyqırımı, ümumiyyətlə Qarabağ həqiqətləri barədə şüarlar səsləndirməkdən savayı ətrafdakı turistlərə və yerli əhaliyə pröşürlər paylayıb, plakatlar nümayiş etdiriblər.

 

Fərid Abbaslı

Demokrat.az - Berlin

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top