Azərbaycanın bu rayonunda cəmi 3 nəfər işsiz var — Statistika Komitəsi

SOSİAL 20 fev 2019, 12:23

2019-cu il fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 19 min 922 nəfər olub, onların 37,3 faizini qadınlar təşkil edib.


Demokrat.Az Yeniavaz.com-a istinadla Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, rəsmi işsiz statusu verilən şəxslərin sayı son bir il ərzində 47,5% və ya 18 min 46 nəfər azalıb.


İşsizlik müavinətinin orta məbləği 216,7 manat olub və 2018-ci ilin eyni dövrü ilə müqayisədə 34,6% və ya 114,6 manat azalma olub. İşsizlik müavinəti alanların sayı isə son bir il ərzində 5,8 dəfə və ya 5 min 436 nəfər artıb.


Qeyd edək ki, işsiz statusuna malik insanların təxminən yarısı - 9 min 273 nəfəri Bakı şəhərinin payına düşüb və son bir il ərzində 9 min 583 nəfər azalıb.
Bakı şəhərindən sonra ən çox işsiz Sumqayıt şəhəri, Bərdə, Abşeron, Hacıqabul və Ağdam rayonunda qeydə alınıb. Sumqayıtda işsiz statusuna malik şəxslərin sayı 1114, Bərdədə 546, Hacıqabulda 632, Abşeronda 529, Ağdamda isə 690 nəfər olub.


İşsiz statusuna malik insanların ən az olduğu rayonlar arasında isə ilk yerlərdə Daşkəsən, Füzuli, Xocalı, Saatlı, Şuşa və Qobustann rayonları dayanır. Açıqlanan rəsmi məlumata görə, Daşkəsəndə 3, Füzulidə 16, Xocalıda 15, Saatlıda 22, Şuşada 22, Qobustanda isə qeydiyyatdan keçən 23 işsiz insan var.


Azərbaycanda işsiz statusuna malik insanların yaşamadığı rayonlar arasında isə Naxçıvan Muxtar Respublikasına daxil olan rayonlar yer alır. Muxtar Respublikaya daxil olan Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında bir nəfər də olsun işsiz statusuna malik insan yoxdur.


Üç rayonda isə işsizlərə bir manat da olsun müavinət verilməyib. Bunlar Zərdab (35 işsiz), Cəlilabad (92 işsiz) və Gədəbəy (115 işsiz) rayonları olub.
Rayonlar üzrə işsiz statusu və müavinət alanların sayı:  (1 fevral 2019-cu il vəziyyətinə)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top