"Allah hər zaman sizi qorusun!" — Mehriban Əliyeva gəncəlilərə TƏŞƏKKÜR ETDİ

MARAQLI 15 fev 2019, 10:01

Xəbər verdiyimiz kimi, birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünən Gəncəyə səfər ediblər.


Demokrat.az-ın məlumatına görə. Gəncə səfəri ilə bağlı birinci xanım təəssüratını instagramdakı “firstvicepresidentazerbaijan” rəsmi hesabında bölüşüb:


"Gözəl, qədim Gəncə şəhərindən unudulmaz təəssüratlarla ayrıldım! Azərbaycan milli koloritini bu qədər aydın ifadə edən şəhər! Təkrarsız ab-havası olan şəhər! Gəncənin qonaqpərvər, mehriban, zəhmətkeş və məğrur sakinləri! Səmimiyyət və istiqanlılığınıza, xoş arzularınıza, təbəssümünüzə görə sizə minnətdarlığımı bildirirəm! Allah hər zaman sizi qorusun!".


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top