"Zahid Oruc bu vəzifənin öhdəsindən gələ biləcək imkanlara malikdir" — Fəzail Ağamalı keçmiş müavinini TƏBRİK ETDİ

GÜNDƏM 11 fev 2019, 22:14

"Ölkə Prezidenti tərəfindən deputat Zahid Orucun  Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi ədalətli addımdır. Zahid Oruc bu vəzifənin öhdəsindən gələ biləcək intellektə, biliyə və imkanlara malikdir".  


Bu fikirləri Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sədi, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib. 


F.Ağamalı deyib ki, ölkə Prezidentinin Zahid Orucla bağlı Sərəncamı çox doğru təyinatdır:


"Bu təyinat münasibətilə mən Zahid Orucu təbrik edirəm. Əminəm ki, Zahid Oruc ona göstərilən bu cür böyük etimadı doğrultmaq üçün bütün imkanlarını səfərbər edəcək. Mən ona bu yolda uğurlar arzu edirəm".


Deputat qeyd edib ki, bir neçə gün öncə ölkə Prezidentinin Fərmanı ilə Sosial Tədqiqatlar Mərkəzinin yaradılması son dərəcə ciddi əhəmiyyət kəsb edir:


"Bu mərkəz ölkəmizdə gedən proseslərin araşdırılmasına və əhalinin bu proseslərə münasibətlərinin obyektiv şəkildə öyrənilməsinə xidmət edir. Əminəm ki, bu mərkəz cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində müsbət rolunu oynayacaq". 

 

Картинки по запросу fəzail ağamalı Zahid Oruc

 

Xatırladaq ki, Prezident İlham Əliyev Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.


Onu da bildirək ki, deputat Zahid Oruc uzun müddət Ana Vətən Partiyasının sədr müavini olub. 

 

Zaur Hacılı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top