"Qəzetlərimiz cəmiyyəti ifadə eləmir, ictimai nəzarətçi ola bilmir" — Qulu Məhərrəmli

GÜNDƏM 11 fev 2019, 20:59

“Azərbaycanda necə ki, telekanallar, eləcə də qəzetlər bir-birinə bənzəyir”.

 

Demokrat.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli deyib: 

 

O, çağdaş Azərbaycan mətbuatı barəsində mülahizələrini saytın əməkdaşı ilə bölüşüb:

 

“Düzünü deyim ki, Azərbaycanda necə ki, telekanallar, eləcə də qəzetlər bir-birinə bənzəyir. Amma bununla yanaşı, ənənəsi olan qəzetlər var.  “Şərq” qəzeti çox populyar olmasa da, müəyyən meyarlarla yanaşanda, rast gəlinən  nöqsanlar, demək olar ki, yoxdur. Amma tənqid vermir, araşdırma aparmır. Amma yaxşı informasiya havası var. 

 

Yaxud “Bizim yol” qəzetinə baxsaq, ənənəsi var, orada  kifayət qədər təcrübəli jurnalistlər çalışır.  “Yeni Müsavat” qəzeti yeni bir dalğa yaratmağa çalışır. Varlığını hiss etdirir.  İnsanların oxuyub informasiya almağa çalışdığı digər qəzetlərdən  “525-ci qəzet”, “Ədəbiyyat qəzeti”dir, bəzən də “Kaspi” yə maraq görürəm. 

 

Yenə deyirəm ki, bütövlükdə götürəndə bunların heç birisi cəmiyyətdə gedən prosesləri doğru-dürüst əks etdirmir. İnformasiyaların mütləq başqa rəngi var. Bizim media mühitimiz üçün ümumiyyətlə qeyri-peşəkarlıq var.  Qəzetlərimiz cəmiyyəti ifadə eləmir, cəmiyyətin adından ictimai nəzarətçi ola bilmir”. 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top