"Siz bizim yanımızda olmalısınız!" - Hadi Rəcəbli jurnalistlərə MÜRACİƏT ETDİ

GÜNDƏM 24 yan 2019, 13:33
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentdə akkreditasiyadan keçən jurnalistlərə müraciət edib.

Demokrat.Az-ın xəbərinə görə, H.Rəcəbli təklif edib ki, jurnalistlər hər hansı məsələdə anlaşılmazlıq olarsa, parlamentə müraciət etsinlər.

O, jurnalistlərə əməkdaşlıq etməyi təklif edib:

“İnanın, kütlə psixologiyasına uyan insanlarımız var. Sosial şəbəkələrdə yalanın birini yazırlar, bütün ölkəboyu müzakirə olunur. Bir nəfər soruşmur ki, bəlkə belə deyil? Biz hər zaman jurnalistlərlə görüşürük. Parlament jurnalistlərinə müraciət edirəm ki, siz bizim yanımızda olmalısınız... Təəssüflə qeyd etmək istərdim ki, bura gəlib-gedənlərin arasında mənfur düşüncəyə sahib insanlar var, onlar yanlış fikir yayırlar. Sanki, bilərəkdən belə edirlər. Əlbəttə ki, problemsiz cəmiyyət yoxdur, bunu kim inkar edir ki?".

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top