Azyaşlılara siqaret satanlar cərimələndi

SOSİAL 30 dek 2018, 15:53

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

 

​DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BakuPost-a verilən məlumata görə, dekabrın 28-də Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu məqsədlə tədbir keçirilib. Reyd nəticəsində rayon ərazisində 2 mağaza və 1 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib. 

 

Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin 3 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat cərimə olunublar. ​Bu istiqamətdə reydlər davam etdirilir. 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top