“Nazir özü gəlmişdi yanıma” - Ramiz Əzizbəyli+Video

HADİSƏ 26 dek 2018, 14:16

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Əzizbəyli bir neçə gündür ki, xəstəxanaya yerləşdirilib. 

 

“Qafqazinfo”nun əməkdaşları ötən gün özəl klinikalardan birində müalicə olunan sənətkara baş çəkiblər. 

 

Ramiz Əzizbəyli bildirib ki, vəziyyəti ağırlaşandan sonra onu xəstəxanaya yerləşdiriblər. Üç dəfə insult keçirən xalq artisti ağır şəkər xəstəliyindən də əziyyət çəkir. O, bildirib ki, orqanizmində 40-a yaxın xəstəlik aşkar edilib. 

 

“Rəsmi qurumlar tərəfindən qayğı hiss edirsizmi?” sualına Ramiz Əzizbəyli belə cavab verib:

 

“Bir az bundan əvvəl Mədəniyyət naziri Əbülfəz Qarayev özü gəlmişdi, şəxsən zəng etmişdi. Minnətdarlığımı bildirirəm”.

 

Xəstəxanada Ramiz Əzizbəylidən aldığımız qısa videomüsahibəni təqdim edirik

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top