"Kimsə soyuna-soyuna deputat olmur" — Seyid millət vəkili Afaq Aslana CAVAB VERDİ

ŞOU-BİZNES 17 dek 2018, 18:30
Milli Məclisinin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı, “Qasid” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Mirkazım Kazımov müğənni Afaq Aslanın deputatlar haqqında verdiyi qalmaqallı açıqlamasına münasibət bildirib.

Mirkazım Kazımov Demokrat.Az-a açıqlamasında bildirib ki, bu cür açıqlamalar deputat adına hörmət gətirmir:

"Demokratik cəmiyyətdə yaşadığımız üçün getdikcə bu cür iyrənc hallar ortaya çıxır. Əfsuslar olsun ki, son vaxtlar şou-biznes nümayəndələri arasında deputat olmaq bir dəbə çevrilib, xəstəlik kimi ortaya düşüb. Bundan öncə də bir neçə müğənni deputatlığa namizəd olmaq istəyib. Ancaq onlar anlamalıdır ki, deputat olmaq üçün gərək xalq səni qəbul etsin. Səni xalq qəbul etməsə, necə deputat ola bilərsən? Hər hansı deputat namizəd olan zaman öz platforması haqqında seçicilərinə məlumat verir. Daha kimsə soyuna-soyuna deputat olmur".

Deputat ümumiyyətlə Afaq Aslandı tanımadığını söyləyib:

"Mən yenə deyirəm ki, Azərbaycan demokratik ölkədir. Demokratik cəmiyyətdə də sözü xalq deyir. Azərbaycanda da hər bir insan deputatlığa namizədliyini irəli sürə bilər. Onun seçilib-seçilməməsini isə xalq müəyyən edir".

Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı vətəndaşlara qarşı zor tətbiq edilməsini də pisləyən Mirkazım Kazımov qeyd edib ki, Fransa xalqı prezident Emmanuel Makronun yürütdüyü siyasətdən narazı olduğu üçün küçələrə çıxıb etiraz edirlər:

"Fransa vətəndaşlar ölkədə olan korrupsiya hallarına və prezidentin yürütdüyü xarici siyasətə etiraz edirlər. Etirazçıların arasında xeyli sayda başqa millətlərdən olan insanlar da var. Bunların arasında ərəblər və çinlilər üstünlük təşkil edirlər. Fransada inqilabı törədənlər də əsas bu insanlardır".

Zaur Hacılı
Demokrat.Az
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top