Çavuşoğlu Lavrovla Bakıda müzakirə etdiyi məsələləri açıqladı

SİYASƏT 14 dek 2018, 12:25

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 14-də Bakıda rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə müzakirə olunan məsələləri açıqlayıb.

Demokrat.Az-ın xəbərinə görə, M.Çavuşoğlu deyib ki, rəsmi Ankara ilə Moskva arasında əməkdaşlıq davam edir.

“Bizim bir sıra birgə layihələrimiz var. Qarşılıqlı şəkildə iki ölkə arasında mövcud viza rejiminin ləğvi, konsulluq kimi məsələləri nəzərdən keçirdik”, – deyə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

M.Çavuşoğlu bildirib ki, S.Lavrovla Suriya və bölgəyə dair bəzi məsələləri də müzakirə edib. XİN başçısı deyib ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin müxtəlif məsələlərlə bağlı tez-tez müzakirə aparırlar:

“Sergey Lavrovla prezidentlərin yeni görüşünün təşkil olunması, Kerç boğazındakı hadisənin yaratıdğı problemlərin həllini də nəzərdən keçirdik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top